“Britaniya Azərbaycanın əsas tərəfdaşı olacaq”- Rişi SUNAK

Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və Ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubu oxunub.

APA-nın xəbərinə görə, Rişi Sunak bildirib ki, bu gün Ukrayna xalqı mübarizə aparır, Rusiyanın apardığı müharibə böyük çətinliklər yaradıb.

Rişi Sunak deyib ki, Avropanın gələcəyi Ukraynanın qələbəsindən keçir: “Rusiya manipulyasiya və nəzarət məqsədilə enerji resurslarından istifadə edir”.

Britaniya Baş naziri vurğulayıb ki, bu gün Azərbaycanın “yaşıl enerji” təşəbbüsü, Qara dənizinin dibi ilə ötürülməsi məsələsi çox vacibdir.

“Bundan sonra Böyük Britaniya “yaşıl enerji”yə keçid məsələsində Azərbaycanın əsas tərəfdaşı olacaq”, – Rişi Sunak əlavə edib.

Əvvəlki məqalə

“Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik”

Sonrakı məqalə

“Üçüncü dünya müharibəsinin başlanması istisna deyil”