“Ucuz peyvəndlərin kütləvi paylanmasının gedişatını izləmək vacibdir” –Bill Qeyts

“Yeni koronavirusa qarşı peyvəndlərin yayılması bu yay keçirilməsi nəzərdə tutulan Tokio Olimpiadası üçün amildir”.

Bu barədə “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts Kyodo agentliyinə müsahibəsində bildirib.

O, yaxın iki-üç ay ərzində ucuz peyvəndlərin kütləvi paylanmasının gedişatının izlənilməsinin vacibliyini və bu prosesin uğurlu olacağı təqdirdə, yarışın keçirilməsinin mümkün olacağını bildirib.

Bill Qeyts və həyat yoldaşı Melinda, təqribən 50 milyard dollarlıq xeyriyyə fonduna rəhbərlik edirlər. Təşkilatın əsas fəaliyyət istiqaməti inkişaf etməkdə olan ölkələrdə təhlükəli xəstəliklərlə mübarizə, ABŞ-dakı sağlamlıq və təhsil proqramlarıdır. Fond vasitəsi ilə koronavirusa qarşı peyvənd hazırlamaq və pandemiya şəraitində yoxsulları dəstəkləmək üçün yüz milyonlarla dollar ayrılıb.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin Şuşaya təyin etdiyi xüsusi nümayəndə kimdir? – 

Sonrakı məqalə

ABŞ-ın sabiq vitse- prezidentinin yaşamağa evi yoxdur –