Ucuz qiyməti ilə tanınan aviaşirkət Varşava-Bakı reysi açmağı planlaşdırır

“Wizz Air” şirkəti Varşava-Bakı reysi açmağı planlaşdırır.

Bu barədə şirkətin rəsmi açıqlaması dərc olunub.

Bildirilir ki, Azərbaycan tərəfinə müvafiq müraciət olunub və cavab gözlənilir. Razılıq əldə olunacağı təqdirdə, həftəlik ikitərəfli uçuşlar həyata keçiriləcək. Lakin eyni təkliflə Polşanın daha bir şirkəti-LOT da müraciət etməyi düşünür və bu halda onlardan biri arasında seçim olunacaq.

Hazırda Azərbaycan ilə Polşa arasında birbaşa uçuşlar yoxdur. (Azərtac)

“Wizz Air” bu gün üçün Budapeşt-Bakı arası birbaşa uçuşlar həyata keçirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir