UEFA Avropa Liqası:“Qarabağ” bu gün “Tottenhem”lə qarşılaşacaq

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün ilk oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Londonda İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşacaq.

“Tottenhem Hotspur” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Fransadan olan baş hakim Villi Delajo idarə edəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi oktyabrın 3-də Bakıda İsveçin “Malmö” klubu ilə üz-üzə gələcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.