UEFA Azərbaycan klublarına əlavə vəsait köçürüb

UEFA 2022/2023-cü illər mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edən Azərbaycan klublarına əlavə ödəniş edib.

Avropa futbol qurumu tərəfindən ayrılan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Ötən mövsüm Konfrans Liqasında mübarizə aparan komandalardan “Neftçi”yə 106 943 avro, “Qəbələ” və “Zirə” klublarının hərəsinə isə 64 166 avro ödənilib.

Əvvəlki məqalə

“Muğan Bank” əmanətçilərinə kompensasiya ödəməyə başlayır

Sonrakı məqalə

Orduda hərbi qulluq 25 ilə qaldırılır –