UEFA Çempionlar Liqası:bu gün ilk finalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Turnirin ilk finalçısı İtaliyada keçiriləcək Milan derbisində bəlli olacaq. Birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Cüzeppe Meatsa” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniyanın “Real Madrid” komandası İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. “Mançester Siti” – “Real Madrid” oyunu mayın 17-də keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.