UEFA dünən Avstriya ilə oyunda “boz qurd” işarəsi göstərən türk futbolçu Merih Demiralla bağlı araşdırma başladıb.
Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Qurum Merih Demiralın bu addımını uyğunsuz davranış kimi dəyərləndirib.
UEFA Dəmiral işini araşdırmaq üçün müfəttiş təyin etdiyini təsdiqləyib, lakin işin istintaqının nə vaxt başa çata biləcəyini açıqlamayıb.
Azpost.info