Millətlər Liqası:Niderland Almaniya ilə heç-heçə edib, İngiltərə Finlandiyaya qalib gəlib

UEFA Millətlər Liqasında növbəti oyunlar baş tutub.

A Liqasında iki matç keçirilib. Macarıstan Bosniya və Herseqovina (0:0), Niderland Almaniya (2:2) ilə doğma meydanda heç-heçə edib. B Divizionunda Albaniya Gürcüstana 0:1, Ukrayna Çexiyaya 2:3, Finlandiya İngiltərəyə 0:2, İrlandiya Yunanıstana 0:2 hesabı ilə məğlub olub. C Liqasında təşkil olunan görüşlərdə Latviya Farer adalarına 1:0, Şimali Makedoniya Ermənistana 2:0 hesabı ilə qalib gəlib. D Liqasında isə bir qarşılaşma keçirilib. Malta Andorradan üstün olub – 0:1.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin digər matçları oktyabrın 10-dan 15-dək, həmçinin noyabrın 14-dən 19-dək oynanılacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.