UEFA “Qarabağ” klubuna 1 milyon yarım avro köçürdü

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

1 516 000 avro AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

Bu məbləğin 840 000 avrosu Avropa Liqasının qrup mərhələsinin son iki oyununda əldə olunan heç-heçə (210 000) və qələbəyə (630 000) görə verilib.

Pley-off mərhələsinə vəsiqə Azərbaycan çempionuna 550 000 avro qazandırıb. 126 000 avro isə performans bonusu kimi ödənilib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq. İlk oyun fevralın 15-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.