UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbərini futboldan uzaqlaşdırdı –QƏRAR

UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu cəzalandırıb.

Apasport.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qurumun Nəzarət, Etika və İntizam Orqanı feysbuk səhifəsindəki paylaşımı zamanı ayrı-seçkilik xarakterli sözlərə görə İbrahimovun futbolla bağlı hər hansı fəaliyyətinə müvəqqəti qadağa qoyub. UEFA məsələnin mahiyyəti barədə qərarı sonra verəcək.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsində mübarizə aparan “Qarabağ” sabah III tur çərçivəsində “Sivasspor”un qonağı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya Dağlıq Qarabağda münaqişənin sona çatması üçün hər şeyi edir” –

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi