“Ukraynanın əks-hücumu başlayıb”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, bunu Kiyevin strateji ehtiyatlardan istifadə etməsi sübut edir: “Biz əminliklə deyə bilərik ki, Ukrayna əks-hücuma başlayıb, bunu strateji ehtiyatlardan istifadə sübut edir”.
Putin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri rus əsgərlərinin şücaəti və qoşunların düzgün təşkili sayəsində cəbhənin heç bir sektorunda öz məqsədlərinə nail ola bilməyib.
Rusiya liderinin sözlərinə görə, Ukrayna qoşunları son günlər xeyli itki verib. Bununla belə, o hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı hələ də qorunub saxlanılır.
“Rusiya hərbi rəhbərliyi vəziyyəti real qiymətləndirir və yaxın vaxtlarda öz fəaliyyətini bu reallıqlara uyğun quracaq”, – Putin bildirib.
Azpost.info