“Ukrayna ABŞ və Almaniyadan ilk “Patriot”ları alıb”- “Financial Times”

Kiyev ABŞ və Almaniyanın vəd etdiyi iki “Patriot” raket əleyhinə müdafiə (ABM) sistemlərindən birini alıb.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Sistem hələ istifadəyə verilməyib.

Nəşrin yazdığına görə, daha bir neçə “Patriot” sistemini Niderland verməlidir. Lakin komplekslərin təhvil verilmə tarixləri hələ məlum deyil.

Fevralda Baş nazir Mark Rutte demişdi ki, Ukrayna Silahlı Qüvvələri iki aydan tez olmayaraq “Patriot”u qəbul edə biləcək. Ukrayna əsgərləri bu sistemlərlə işləmək üçün təlim keçməlidirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.