Ukrayna Avropadan elektrik enerjisi idxalını artırıb

Ukraynanın “Naftoqaz” şirkəti ölkənin enerji sistemini sabitləşdirmək məqsədilə bu həftə Avropadan elektrik enerjisi idxalını artırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.

“Hökumət qərarında nəzərdə tutulduğu kimi, idxal olunan elektrik enerjisi alışının həcmi artıq bütün Naftogaz müəssisələrinin ehtiyaclarının 50%-dən çoxunu ödəyir”, – deyə şirkətin idarə heyətinin sədri Sergey Koretski qeyd edib.

Onun sözlərinə görə, müvafiq həcmdə elektrik enerjisi məişət istehlakçılarının ehtiyacları üçün sərbəstləşdirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.