Ukrayna Baş Kəşfiyyat İdarəsinin qərargahı vurulub –PUTİN

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin qərargahı vurulub.

Bunu Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı deyib.

Putin bildirib ki, Ukrayna ordusunun hərəkətləri barədə qərar qəbul edən mərkəzlərə zərbələr endirilir, Baş Kəşfiyyat İdarəsinin qərargahı da bu kateqoriyaya aiddir və bir neçə gün əvvəl vurulub: “Buna cavab olaraq Kiyev rejimi Rusiyanı, Rusiya vətəndaşlarını qorxutmaq üçün başqa yol seçdi və yaşayış binalarına hücumlar təşkil etdi. Bu, təbii ki, terror fəaliyyətinin bariz nümunəsidir”, – Putin qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.