Ukrayna hökumətinin üzvləri Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva ilə görüş keçirib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna baş naziri Denis Şmıqal bildirib.
“Beynəlxalq Valyuta Fondu Rusiyanın tammiqyaslı işğalının başlamasından sonra Ukraynaya 1,4 milyard dollar həcmində əhəmiyyətli maliyyə dəstəyi verib. Vaşinqtonda görüşümüz zamanı buna görə BVF-nin direktoru Kristalina Georgiyevaya şəxsən təşəkkür etdim”, – Şmıqal deyib.
Görüş zamanı qısa müddətdə Fonddan Kiyevə gələcək yardım və Ukraynanın uzunmüddətli bərpası məsələləri də müzakirə olunub. Baş nazir Ukraynaya büdcə kəsirinin maliyyələşdirilməsi üçün ayrılan yardımın kreditlər deyil, əsasən qrantlar şəklində olması ilə bağlı BVF rəhbərinə təşəkkür edib.
Azpost.info