Ukrayna–Böyük Britaniya müdafiə əməkdaşlığı üzrə yol xəritəsi imzalanıb

Böyük Britaniyanın müdafiə naziri Con Hili bu gün Kiyevə səfəri çərçivəsində ukraynalı həmkarı Denis Şmıqal ilə görüşərək iki ölkə arasında daha əvvəl imzalanmış 100 illik müdafiə tərəfdaşlığı sazişinin icrasına dair yol xəritəsini imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənəd 2026-cı il üçün bir sıra əsas təhlükəsizlik sahələrində əməkdaşlığın konkret mexanizmlərini müəyyənləşdirir. Denis Şmıqal bildirib ki, bu yol xəritəsi Ukrayna ilə Böyük Britaniya arasında imzalanan yüzillik tərəfdaşlıq sazişi çərçivəsində mümkün olan irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımdır.

O, vurğulayıb ki, Böyük Britaniya Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verib və bu əməkdaşlıq təhlükəsizlik sahəsində ölkə üçün xüsusi önəm daşıyır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.