“Ukrayna bu əraziləri Rusiyaya verməyə razı ola bilər” –"Daily Telegraph"

Ukrayna hərbi əməliyyatları dayandırmağa və Avropanın dəstəklədiyi sülh planının bir hissəsi olaraq artıq Rusiya tərəfindən zəbt edilmiş əraziləri verməyə razı ola bilər.

AzPost bildirir ki, bu barədə “Daily Telegraph”ın məqaləsində iddia olunur.

Qəzet yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderlərinə bildirib ki, onlar Donald Trampın Ukraynanın daha çox ərazi verməsini, lakin Rusiyaya ələ keçirdiyi ərazilərin bir hissəsini saxlamasına icazə verəcək hər hansı təklifi rədd etməlidirlər.

Bu, cəbhə xəttinin dondurulması və onun Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində işğal olunmuş ərazilər, eləcə də Krımın de-fakto nəzarətinin Rusiyaya verilməsi demək olardı.

Qəzet iddia edir ki, danışıqlar mövqeyinin yumşaldılması cümə günü Alyaskada Tramp və Vladimir Putin arasında keçiriləcək danışıqlardan əvvəl baş verib.

“Sülh planı yalnız ordunun hazırkı mövqelərinə aid ola bilər”, – deyə Qərbin siyasi mənbəsi Daily Telegraph-a bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.