“Ukrayna bu hücumla bağlı məsuliyyətdən qaça bilməyəcək”- LAVROV

Ukrayna Zaporojye AES-ə edilən son hücumla bağlı məsuliyyətdən qaça bilməyəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Van İ ilə danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının planlaşdırılan iclasında Rusiya Ukraynanın zavoda hücumlarına qiymət verilməsinə çalışacaq.

“Biz bu məsələni MAQATE-nin icraçı şurasının, BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarına çıxaracağıq və orada Ukrayna rejiminin hərəkətlərinə heç bir tərəddüd etmədən birbaşa qiymət verilməsinin zəruriliyində israr edəcəyik”, – Lavrov bildirib.

Nazir əlavə edib ki, Zaporojya AES-ə hücum fonunda Rusiya MAQATE ilə əməkdaşlıq edəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.