Ukrayna DİN rəhbəri Avakov niyə istefa verib? –

Səbəb açıqlandı
16 İyul 2021 - 09:27

“Arsen Avakov daxili işlər naziri vəzifəsindən prezident Vladimir Zelenskinin xahişi ilə istefa verib”.

Azpost.info bildirir ki, bu barədə DİN nazir müavini Anton Geraşenko “Ukraina24” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Avakov “əbədi nazir” olmağı planlaşdırmayıb. Odur ki, Avakov prezidentin təklifini sakit qarşılayıb. “Avakov bu təklifi sox sakit qarşıladı, o çoxdan özünü buna hazırlayırdı”.

Geraşenko deyib ki, hazırda Avakov məzuniyyətdədir. Ukraynaya qayıtdıqdan sonra prezidentə köməyini davam etdirəcək.