Ukrayna DİN rəhbəri Avakov niyə istefa verib? –Səbəb açıqlandı

“Arsen Avakov daxili işlər naziri vəzifəsindən prezident Vladimir Zelenskinin xahişi ilə istefa verib”.

Azpost.info bildirir ki, bu barədə DİN nazir müavini Anton Geraşenko “Ukraina24” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Avakov “əbədi nazir” olmağı planlaşdırmayıb. Odur ki, Avakov prezidentin təklifini sakit qarşılayıb. “Avakov bu təklifi sox sakit qarşıladı, o çoxdan özünü buna hazırlayırdı”.

Geraşenko deyib ki, hazırda Avakov məzuniyyətdədir. Ukraynaya qayıtdıqdan sonra prezidentə köməyini davam etdirəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Biz bunu Dağlıq Qarabağda etdik…”-

Sonrakı məqalə

DSMF 6 ayda 272 şəhid və 15 Milli Qəhrəman ailəsinə elektron arayış verib