“Ukrayna Donbası itirəcək…” –Tramp

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya əleyhinə çox güclü sanksiyalar tətbiq etməyi planlaşdırdığını və ölkənin neft sektoruna qoyulan məhdudiyyətlərin aradan qaldırılmayacağını bildirib.

O həmçinin Ukraynanın təklif olunan sülh planına baxması üçün noyabrın 27-ni uyğun tarix hesab etdiyini deyib.

Trampın sözlərinə görə, Rusiya Ukrayna ilə müharibəni davam etdirməkdə maraqlı deyil. Lakin iddia edib ki, Ukraynanın Donbas ərazilərini itirəcəyi qaçılmazdır.

Bununla belə, ABŞ Prezidenti Moskvanın Baltik ölkələrinə hücum etmək niyyətində olmadığını vurğulayıb. “Baltik dövlətlərinin narahat olmasına səbəb yoxdur, çünki Ukrayna münaqişəsi həll olunacaq”, – Tramp bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.