Ukrayna döyüşlərdə həlak olan və yaralanan mülki şəxslərin sayını açıqlayıb

Ukraynada müharibə zamanı həlak olanların sayı açıqlanıb.

Bunu daxili işlər nazirinin müavini Yevgeni Yenin telemarafonun efirində deyib.

Bildirilib ki, döyüş əməliyyatları başlayandan indiyədək 7 mindən çox dinc sakin atışma nəticəsində həlak olub, 5500 nəfər isə yaralanıb.

O bildirib ki, polis müharibə başlayandan indiyədək 22 min mərmi qeydə alıb.

“24 mindən çox mülki obyekt atəşə məruz qalıb. Vurğulamaq istəyirəm ki, bütün bunlar dinc sakinlərin həyatına son qoyur. Artıq bu müharibə zamanı həlak olan mülki əhalinin sayı 7 min nəfərə çatıb, daha 5500 mülki şəxs yaralanıb”, – deyə Yenin bildirib.

Əvvəlki məqalə

Rusiya Avropaya qaz nəql edən “Şimal axını” borusunu tamam bağladı

Sonrakı məqalə

Bakıda loqopedik mərkəzdə uşaqlara işgəncə verilib –