Bakıda loqopedik mərkəzdə uşaqlara işgəncə verilib –Görüntülər yayıldı (FOTO)

Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

“Baku.tv”-də yayımlanan görüntülərin “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alındığı bildirilib.

Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərdiyi qeyd edilsə də, videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.

 

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Əvvəlki məqalə

Ukrayna döyüşlərdə həlak olan və yaralanan mülki şəxslərin sayını açıqlayıb

Sonrakı məqalə

Səhiyyə Nazirliyi loqoped mərkəzində uşaqlara işgəncə faktını araşdırır