Rusiya Avropaya qaz nəql edən “Şimal axını” borusunu tamam bağladı

“Şimal axını” qaz borusunun fəaliyyəti tamamilə dayandırılıb.

Rusiyanın “Qazprom” şirkəti Avropanı qaz ilə təchiz edən “Şimal axını” qaz borusunun yeganə işlək mühərrikinin sıradan çıxdığını və bununla da boru ilə qaz nəqlinin tamamilə dayandırıldığını bildirib.

Şirkətdən bildiriblər ki, nasazlıq barədə “Siemens” şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib.

Qeyd edək ki, Rusiyadan Avropaya qaz nəql edən əsas boru kəməri “Şimal axını” avqustun 31-dən sentyabrın 2-ə kimi təmiri dayandırılmışdı. Bu gün “Qazprom” kəmərin turbinlərinin hamısı təmir olunmayınca, işləməyəcəyini elan edib.

Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri, eləcə də “Türk axını” vasitəsilə daşınır.

Əvvəlki məqalə

Türkiyədə güclü zəlzələ olub

Sonrakı məqalə

Ukrayna döyüşlərdə həlak olan və yaralanan mülki şəxslərin sayını açıqlayıb