“Ukrayna gecə Polşaya Rusiya PUA-larının uçuşu barədə məlumat verib” –ZELENSKİ

“Ukrayna Polşaya Rusiya PUA-larının gecə uçuşu barədə məlumat verib“.

AzPost bildirir ki, bu barədə prezident  Zelenski deyib.

Onun sözlərinə görə, ilk sərhəd keçidi Kiyev vaxtı ilə saat 00:50-də qeydə alınıb. Daha sonra ölkəyə uçan ən azı 2 Rusiya PUA-sı Belarusun hava məkanından istifadə edib.

“Ukrayna səmanın etibarlı mühafizəsi üçün tərəfdaşlarla əməkdaşlığımızı genişləndirməyə hazırdır. Belə ki, təkcə məlumat və ya kəşfiyyat mübadiləsi deyil, həm də səmada real birgə hərəkətlər qonşuların təhlükəsizliyinə zəmanət verir. Rusiya hiss etməlidir ki, avropalılar özlərini müdafiə etməyi bilirlər”, – prezident deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.