“Bütövlükdə, biz danışıqların nəticələrindən razıyıq və əlaqələri davam etdirməyə hazırıq“.
AzPost bildirir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna nümayəndə heyəti ilə İstanbulda keçirimiş görüşdən sonra bildirib.
Yaxın günlərdə genişmiqyaslı məhbus mübadiləsi baş tutacaq: 1000 nəfərə 1000 məhbus dəyişdiriləcək.
“Ukrayna tərəfi dövlət başçıları arasında birbaşa danışıqların aparılmasını təklif edib. Biz bu müraciəti nəzərə almışıq. Biz razılaşdıq ki, hər bir tərəf mümkün gələcək atəşkəs haqqında öz baxışını təqdim edəcək. Bunu ətraflı yazacaq. Belə bir baxış təqdim edildikdən sonra danışıqlarımızı davam etdirməyi məqsədəuyğun hesab edirik”-deyə Medinski bildirib.