“Ukrayna ilə bağlı razılaşma artıq Zelenskidən asılıdır” –TRAMP

Tramp
Tramp

“Alyaskada keçirilən ABŞ-Rusiya görüşündən sonra Ukraynadakı münaqişənin həllinə dair razılaşmanın əldə olunması artıq Volodimir Zelenskidən asılıdır.”

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp Zelenskini Putinlə razılığa gəlməyə çağırıb. ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində bildirib ki, Ukrayna və Rusiya liderləri atəşkəş əldə etməyə çalışmaq və müharibəyə son qoymaq üçün şəxsən görüşmək niyyətindədirlər.

“İndi bu, prezident Zelenskidən asılıdır. Mən də deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidir. Amma bu, Zelenskidən asılıdır… Onlar istəsələr, növbəti görüşdə olacağam”, – Tramp Putinlə Alyaskada apardığı danışıqların nəticələrini şərh edib.

“İnanıram ki, indi prezident Zelenski, prezident Putin və mənim arasında görüş olacaq”.

Amerika liderinin sözlərinə görə, onun Zelenskiyə məsləhəti saziş bağlamaqdır. Ukraynada insanlar daha ölməsin. O qeyd edib ki, Putinlə söhbət zamanı “NATO, təhlükəsizlik tədbirləri və torpaq mübadiləsi daxil olmaqla” mövzular müzakirə edilib, lakin heç bir detalı açıqlamayıb.

“Düşünürəm ki, bunu etmək olar. İndi razılığın əldə olunub-olunmaması Zelenskidən asılıdır”, – Tramp əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.