Ukrayna münaqişəsinin həlli üçün hazırlanmış yeni plana Kiyevin ən azı bir neçə il NATO üzvlüyündən imtina etməsini tələb edən bənd daxildir.
AzPost bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bundan əlavə, sənədə görə, Ukrayna “xarici sülhməramlı qüvvələr” yerləşdirə bilməyəcək. Öz növbəsində, Rusiyanın bu ölkə və ya digər Avropa dövlətləri ilə gələcək münaqişələrdə iştirak etməyəcəyinə söz verməsi gözlənilir.
Mənbələrdən biri bildirib ki, ABŞ prezidenti Donald Tramp Kiyevə Rusiya tərəfindən azad edilmiş əraziləri geri qaytarmağa kömək etməyi öz vəzifəsi hesab etmir.