“Kiyevin ABŞ-la imzaladığı təhlükəsizlik zəmanəti sazişi adi kağız parçasıdır”- RUSİYA XİN

Ukrayna və ABŞ arasında bir gün əvvəl imzalanmış təhlükəsizlik zəmanətləri haqqında saziş heç bir hüquqi qüvvəyə malik deyil.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu, yalnız Qərbin Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək üçün lazımdır.

“Bu müqavilələrin heç bir əhəmiyyəti, hüquqi qüvvəsi yoxdur. Bunlar adi kağız parçalarıdır.”, – XİN rəsmisi deyib.

O qeyd edib ki, bu yolla prezident Vladimir Zelenskinin dünya ictimaiyyətinin Kiyevə dəstəyini nümayiş etdirməyə çalışır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.