“Ukrayna ilə qonşuyuq, münasibətlərin bərpası qaçılmazdır”- KREML

“Gələcəkdə Moskva və Kiyev ikitərəfli münasibətlər qurmalı olacaqlar, bu, qaçılmazdır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiyaya nifrətlə dolu bütün təbliğat axınlarına, təbliğat aldatmalarına baxmayaraq, ölkədə hələ də ikitərəfli münasibətlərimizin gələcəyinə ayıq düşüncə və yanaşmanın mövcud olması faktı var. Gələcəkdə Moskva və Kiyev ikitərəfli münasibətlər qurmalı olacaqlar. Bu, qaçılmazdır, çünki biz qonşuyuq”, – Peskov deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.