Ukrayna İraqın vasitəçilik təklifini rədd etdi

İraqın xarici işlər naziri Fuad Hüseyn ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

Azpost.info xəbər verir ki, “Associated Press”in yazdığına görə, görüş zamanı iraqlı nazir Ukrayna ilə Rusiya arasında münaqişədə vasitəçilik etməyə hazır olduğunu deyib.

Kuleba qeyd edib ki, Ukrayna İraqla münasibətləri saxlamaq istəsə də, vasitəçilikdən imtina edir. Çünki vasitəçilərin də iştirakı ilə sülh danışıqları yalnız Rusiya qoşunları ölkədən çıxarıldıqdan sonra mümkündür.

“Müharibənin davam etdirilməsi təkcə iki ölkə üçün deyil, bütün dünya üçün təhlükədir”, – Fuad Hüseyn Bağdadda danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Danışıqlar zamanı Dmitri Kuleba Fuad Hüseyni Ukraynaya dəvət edib. Tərəflər XİN rəhbərləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılması, ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçirilməsi barədə razılığa gəliblər.

Kuleba aprelin 17-dən İraqın paytaxtı Bağdadda işgüzar səfərdədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.