Ukrayna Silahlı Qüvvələri Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biri olan Krasnodar yaxınlığındakı Afipsk Neft Emalı Zavoduna yenidən hücum edib.
AzPost bildirir ki, 29 noyabr gecəsi PUA-lar zavoda zərbə endirib və yanğın baş verib. Ukraynanın “Exilenova+” Telegram kanalı neft emalı zavodunda baş verən partlayış və yanğının görüntülərini yayımlayıb.
Krasnodar diyarının xüsusi təyinatlı qrupu yanğının 250 kvadrat metr ərazini əhatə etdiyini və bəzi avadanlıqlara ziyan dəydiyini təsdiqləyib, lakin itki olmayıb.
Müharibənin əvvəlindən bəri Afipsk Neft Emalı Zavodu bir neçə dəfə Ukraynanın dron hücumlarının hədəfi olub. Sentyabrın sonlarında neft emalı zavodlarından birinə ziyan dəyib. Bəzi Ukrayna media orqanları onun Rusiyanın ən böyük neft emalı zavodlarından biri olduğunu bildirir. Əslində, o, ilk 10 zavod arasında deyil, Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biridir. Onun emal gücü ildə 9,1 milyon ton neftdir.