Ukrayna Krım aerodromuna zərbə endirdi –Miq31, "S-400 və HHM-lər vuruldu

Ukrayna Krımdakı Belbek hərbi aerodromuna zərbə endirib. Ukrayna ordusu uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Miq-31 təyyarəsini və bir neçə hava hücumundan müdafiə sistemini (HHM) sıradan çıxarıb.

Bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti “Telegram” kanalında məlumat yayıb.

Eyni zamanda, Ukrayna ordusu Miq-31 təyyarəsini, 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksini, S-400 HHM-nin radar kompleksini, və “Pansir-S2” HHM sistemini sıradan çıxarıb.

Məlumata görə, məhv edilən hədəflər sırasında Miq-31 təyyarəsindən başqa 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksi, S-400 HHM-nin radar kompleksi və “Pansir-S2” HHM sistemi var.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.