Ukraynanın PUA hucumu nəticəsində Rusiyanın Kursk vilayətinin 5 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
Azpost.info bildirir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt bildirib.
PUA-lar Belovski rayonunun Belaya qəsəbəsindəki yarımstansiyaya iki partlayıcı atıb. Transformatorlardan biri yanıb, nəticədə 5 yaşayış məntəqəsi və xəstəxana ilə əlaqə kəsilib.
“Yanğınsöndürənlər hadisə yerinə yola düşüb. Biz enerji təchizatı təhlükəsiz olan kimi bərpa etməyə başlayacağıq”, – Starovoit Telegram-da yazıb.
Bölgədə yüksək səviyyədə terror səviyyəsi elan edilib.
Sentyabrın 24-də Ukrayna PUA-larının hücumu nəticəsində FSB-nin regional idarəsinin binası, sentyabrın 25-də isə bir neçə fərdi evə ziyan dəyib. Sentyabrın 26-da PUA partlayıcı qurğunu elektrik yarımstansiyasına ataraq 7 yaşayış məntəqəsinin enerjisini kəsib.
Azpost.info