Ukrayna Kurskda rus hərbi kolonuna güclü zərbə endirib –Komandan müavini ağır yaralanıb

Ukrayna hərbçiləri Rusiya Federasiyasının Kursk vilayətində Rılsk-Xomutovka avtomobil yolunda rus hərbçilərinin kolonnasına hücum edib.
AzPost bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Rusiya Silahlı Qüvvələrinin Şimal qüvvələri qrupunun komandan müavini general-leytenant Abaçev ağır yaralanıb.
“O, təcili olaraq hərbi nəqliyyat təyyarəsi ilə Moskvadakı Vişnevski Mərkəzi Klinik Xəstəxanasına aparılıb, müalicə zamanı qolu və ayağı amputasiya edilib”, – Baş Kəşfiyyat İdarəsi bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.