Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə yola düşüb- İşgüzar səfərlə

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə işgüzar səfərlə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Əvvəlki məqalə

Bakının magistral su kəmərində qəza baş verib

Sonrakı məqalə

“Ukrayna limanlarından taxıl və ərzaq mallarının daşınması razılaşdırılıb”