Ukrayna “Lukoyl”un zavodlarına PUA zərbələri endirib

Ukrayna gecə saatlarında Rusiyanın Volqoqrad vilayətində “Lukoyl” zavoduna PUA zərbələri endirib. 

AzPost-un məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Volqoqrad vilayəti üzərində 9 pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. Regionun qubernatoru Andrey Boçarov bildirib ki, dağıntıların düşməsi Volqoqrad neft emalı zavodunda neft məhsullarının dağılmasına və yanğına səbəb olub. İlkin məlumatlara görə, itki yoxdur.

Telegram kanalları yanğının “LUKOIL-Volqoqradneftepererabotka” neft emalı zavodunda baş verdiyini yazır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.