Avropa ölkələri liderləri ilə görüşündən sonra Ukrayna prezidenti Vladimir Zelenski mayın 12-dən başlayaraq ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəslə razılaşdığını təsdiqləyib.
“Biz bunu Rusiyadan birlikdə tələb edirik. Bilirik ki, ABŞ-da bizə dəstək verilir. Qeyd-şərtsiz atəşkəs heç bir şərtin olmaması deməkdir”.
Zelenski əlavə edib ki, ABŞ-la birlikdə atəşkəs rejiminin monitorinqi təmin oluna bilər. O vurğulayıb ki, Rusiya tam və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq yazıb ki, 30 günlük atəşkəs Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması prosesinin başlanğıcı ola bilər.