Ukrayna Moskva vilayətinə PUA-larla hücum edib –Ölən və yaralananlar var

Tatarıstana
Tatarıstana

Moskva vilayətində pilotsuz aparatların hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

AzPost bildirir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

Qeyd olunub ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın Moskvaya doğru uçan 69 PUA-sını vurub.

Samara vilayətində və Tatarıstanda PUA hücumu təhlükəsi elan edilib, həmçinin Vladimir, Tula, Kaluqa və Ryazan vilayətləri üzərində Ukrayna dronları vurulub.

Moskvanın Jukovski, Şeremetyevo, Vnukovo və Domodedovo hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub.

Moskva vilayətində PUA dəmir yolu stansiyasına düşüb, nəticədə qatarların hərəkəti dayandırılıb.

Moskva vilayətinin Ramenskoye şəhərində PUA hücumu nəticəsində azı 7 mənzilə ziyan dəyib, onlardan 12 nəfər təxliyə edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.