Ukrayna Müdafiə Nazirliyinin bölmələri Krıma girib

Ukrayna kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində Rusiya tərəfindən 2014-cü ildə qeyri-qanuni ilhaq olunan Krım yarımadasına daxil olub.

UNIAN-ın məlumatına görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov “hromadske”yə açıqlamasında bildirib.

“Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri xüsusi əməliyyat çərçivəsində desant çıxarıb, bütün tapşırıqlar yerinə yetirilib. Xüsusi əməliyyat çərçivəsində şəxsi heyət yarımadanın ərazisinə daxil olub. Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Qüvvələri ilə birgə xüsusi əməliyyat keçirib, məqsədə nail olunub, şəxsi heyət arasında itki olmayıb. Xüsusi əməliyyat davam edir, bütün təfərrüatları açıqlamırıq, düşmənin şəxsi heyəti, eləcə də qüvvə və vasitələri arasında itkilər var. Ölənlərin sayı ilə bağlı məlumat dəqiqləşdirilir”, – Yusov qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.