Ukrayna müdafiə naziri Britaniyaya səfir göndərilir– Yerinə bu şəxs təyin olunacaq

Ukrayna müdafiə naziri Aleksey Reznikovu bu postda kimin əvəz edəcəyi məlum olub.

Azpost.info xəbər verir ki, Ali Radanın deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, bu, Dövlət Əmlak Fondunun hazırkı rəhbəri Rustem Umerovdur.

Onun sözlərinə görə, Reznikov sentyabrın əvvəlində vəzifəsini tərk edəcək. Daha sonra o, Böyük Britaniyaya səfir təyin olunacaq.

Reznikovun Ukraynanın müdafiə naziri postundan gedəcəyi hələ fevral ayında açıqlanmışdı. Ali Radadanın hakim partiyasının fraksiya rəhbəri David Araxamia həmin vaxt nazirliyə hərbi kəşfiyyatın hazırkı rəhbəri Kiril Budanovun rəhbərlik edəcəyini, Reznikovun da onun yerinə təyin ediləcəyini bildirmişdi.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.