Ukrayna nüvə statusunun qaytarılmasını istəyir- "Qlobal alyanslara ehtiyac qalmayacaq" (PETİSİYA)

Ukrayna prezidenti Vladimir Zelenskinin saytında ölkənin nüvə statusunun qaytarılması üçün  petisiya yerləşdirilib.

Azpost.info xəbər verir ki, petisiya müəllifi bildirir ki, Ukrayna yalnız nüvə statusuna malik olduqda müstəqil ola bilər. Əks halda, ölkə 1991-ci il sərhədləri daxilində mövcudluğunu dayandıracaq.

O da qeyd olunur ki, nüvə statusu olmayan Ukrayna qlobal iqtisadiyyata təsir göstərə bilməyəcək: “Dünya gücləri heç vaxt Ukrayna ilə hesablaşmayacaq, ölkəyə investisiyalar gəlməyəcək. Nüvə statusu ilə Ukraynanın müxtəlif qlobal alyanslara girməsinə ehtiyac yoxdur. Ukrayna özünün müdafiəsini təmin edəcək”, – petisiyada deyilir.

Petisiya tələb olunan 25 000 imzanı toplayarsa, ona Ukrayna prezidenti tərəfindən baxılacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.