Ukrayna Nyu-Yorkda “sülh sammiti” keçirəcək- Bu tarixdə

Ukraynanın BMT Baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə keçirməyi təklif etdiyi “sülh sammiti” fevralın 24-nə planlaşdırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.

Onun sözlərinə görə, sammit BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək: “İnanırıq ki, bu sammit fevralın 24-də Nyu-Yorkda BMT-də baş tutacaq”.

Səfir Ukraynadakı münaqişəni “Kiyevin yaşamaq, müstəqillik və suverenlik uğrunda mübarizəsi” adlandırıb. Eyni zamanda o qeyd edib ki, Ukrayna hakimiyyəti sülhə hazırdır və prezident Vladimir Zelenski G20 sammitində münaqişənin həlli üçün sülh formulunun 10 şərtini təqdim edib.

Vasili Bodnar Ankaranın sülh üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. “Türkiyənin Ukraynanın təklif etdiyi sülh planını dəstəklədiyini və onun həyata keçirilməsində iştirak etməyə hazır olduğunu rəsmən bəyan edən xarici işlər naziri Mövlud Çavuşoğluna minnətdaram”.

Azpost.info

Əvvəlki məqalə

İnternetdə təbliğ olunan “onlayn nifrət”ə qarşı necə mübarizə aparmaq olar?

Sonrakı məqalə

Səttar Bəhlulzadənin əsərlərini 18 milyon dollara satan şəxs danışdı –