İnternetdə təbliğ olunan “onlayn nifrət”ə qarşı necə mübarizə aparmaq olar?

Bu gün ölkədə onlayn KİV-lərin yüz minlərlə oxucusu, sosial şəbəkələrin milyonu ötən istifadəçisi vardır. İnternet informasiya yayımının ənənəvi şəbəkəsini dağıdıb və yeni trendlərini ortaya qoyub.

Hər bir şəxsin istədiyi məlumatı özü anladığı kimi yaymaq azadlığı oturuşmuş peşəkar media ənənələrini zədələyib. Bu sırada radikal dini baxışların təbliği ilə bağlı məlumatlar ciddi narahatlıq yaradır. “Öz özünə gəzən pişik” adlandırılan internetin virtual məkanında nifrət və dini dözümsüzlük aşılayan kontentlərin çoxalması özlüyündə dövlətin siyasi əsasları üçün təhlükə yaradır, cəmiyyətdə sabitliyə ziyan vurmaq potensialını daşıyır.

Müasir dünyada insanlar öz dini mənsubiyyətlərini və baxışlarını ifadə etmək üçün sosial şəbəkələrdən geniş istifadə edirlər. 2014-cü ildə ABŞ-ın “Pew Research Center” Sorğu Mərkəzinin 3217 nəfər arasında keçirdiyi  tədqiqat  zamanı  onlara yaşadıqları həftədə hansısa bir dini fəaliyyətlə məşğul olub-olmadıqları barədə sual verilmişdi. Nəticələrdən məlum olub ki,  20 faiz amerikalı öz dini baxışlarını Feysbuk, Tvitter və digər sosial şəbəklərdə paylaşırlar.

2007-ci ildə ildə ABŞ tədqiqatçlıları Keytl Makkenn və Kelli müəyyən ediblər kiinternetdəki virtual dini forumlarda iştirak edənlərlə eyni dini baxışı bölüşən forumun digər iştirakçıları arasında sosial dəstək və əlaqə hissi  yaranır.

Digər tədqiqatçı Polinq Çonq özünün “din və sosial KİV” elmi araşdırmasında izah edir ki, bir çoxları üçün sosial şəbəklər öz dinin öyrənmək və digərlərin öyrətmək, onları cəlb eləmək, dialoq üçün  üçün yaxşı platformadır.

Qərb ekspertlərinin fikrincə, insanların öz dini inanclarını sosial şəbəkəyə nə üçün etibar etdikləri çox az öyrənilib. Bəziləri bunu öz məqsədlərini reallaşdırmaq üçün platforma kimi baxır, digərləri özünütəsdiq üçün fürsət sayırlar.Bu baxımdan hansısa pis niyyətli qüvvələr üçün zərərli dini radiaklizm meyllərinin təbliğində internet əvəzsiz silaha çevrilib.

İnformasiya texnologiyaları əsrində praktik olaraq bütün terror təşkilatları öz fəaliyyətlərini media şəbəkəsində aparır. Radikal terror qrupları gəncləri öz sıralarına cəlb etmək üçün internetdən və sosial şəbəkələrdən yararlanır, dini postulatların təhrif olunmuş şəklindən istifadə edərək gənclər arasında təbliğat aparırlar. Onlar bunu yalanı yaymaq və insanlara nufuz etmək üçün üçün ən əlverişli üsul hesab edirlər.

Əgər 1998-ci ildə internetdə terror strukturlarının cəmi 12 saytı, 2005-ci ildə 4800 saytı var idisə, indi onların sayı 100 minləri ötüb.  Sosial şəbəklər və onlayn resurslar bu gün şüurun manipulyasiya olunmasında güclü alətə çevrilib. Şəbəklər vasitəsi ilə əsas olaraq qorxu təlqin olunur, bununla da cəmiyyətin şüurunda ekstermizm təhlükəsi mifi yaradılır. Müntəzəm olaraq kütləvi şüura ekstemzim təhlükəsinin yeridilməsi yolu ilə onu simvola çevirir, terrorun hər şeyə qadir güc olması təsəvvürünü yaradırlar.

Bununla mübarizdə KİV-in üzərinə böyük yük düşür. KİV cəmiyyətin həmrəyilyində və dialoqunda aparıcı rol oynayır. Bu gün ölkəmizin internet jurnalistikası ilk növbədə xaricdən körüklənən dini – məzhəb müzakirələrinə qarşı Azərbaycan dövlətinin və cəmiyyətinin vahid mövqeyini əks etdirən baxışını ortaya qoymalıdır. Bu digər informasiya mənbələrindən asılılığı aradan qaldıra bilən mühüm faktordur. Həmrəylik və dialoq mesjlarının əsas şərti isə doğru informasiyanın mövcudluğudur. İnsanlar arasında dialoq şərti üçün əsas yaratmaq üçün ilk əvvəl informasiyanı təqdim etmək lazımdır. Çünki heç kim informasiyanın köməyi olmadan hansısa bir obrazı yaxud rəyi yarada bilməz. Məhz onlayın KİV-lərin yaydığı  məlumatların vasitəçiliyi ilə ictimai rəy yaranır və insanlar  müsbət  yaxud mənfi fəaliyyəti ayırd etmək üçün bu məlumatlara istinad edirlər. Bu, insanların şüuruna təsir etmək baxımından KİV-in gücünü bir daha təsdiq edir. Odur ki, bütün KİV-lər terrorçuğluq təbliğinin bütün təzahürlərinə qarşı mübarizədə məsuliyyət daşıyırlar.

Bəzən internet KİV-lər özləri də bilmədən radikal terror ideologiyasının yayılmasına kömək edəcək addımlar atırlar. Terrorçuların dini şüarlarla törətdiyi və əhalini qorxutmağa  hesablanmış  dəhşətli və qanlı kadrların tez-tez və davamlı olaraq cəmiyyətə təqdim edilməsi təhlükə yaradır və mənfi reaksiya doğura bilər.

Bu problem xüsusilə onlayn medianın terrorla bağlı hadisəni  birinci vermək, daha çox oxucu toplamaq  yarışı fonunda daha çox özünü göstərir.  Əksinə, terrorçuların intenet KİV-ə xaotik xəbər çıxışının qarşısını almaq lazımdır.

Radikal baxışların qarşısını ala biləcək maarifləndirici tədbirlərin davamlı aparılması mühüm məsələdir. Bunun üçün informasiya fəaliyyəti göstərən jurnalistikanın yeni dövrün tələblərinə, çağırışlarına adekvat olub-olmadğına diqqət  verilməlidir. Həmçinin cəmiyyət arasında bölücülük, fitnə salan şübhəli saytlara nəzarət lazımdır. İnternetdə və sosial şəbəkələrdə təhlükəli, yalan informasiyalar ciddi və ictimai rəyə təsir edən onlayn KİV-lərin xəbər lentinə düşməməlidir. Bunun üçün informasiya təhülkəsizliyinin tələb etdiyi dövlət strukturu ilə media arasında çevik əlaqələrin qurulması çox mühümdür. Yalan məlumat anındaca rəsmi təkzib edilməli və müvafiq strukturların operativ müdaxiləsi ilə nəticələnməlidir. Rəsmi dövlət orqanları ilə medianın birgə dəyirmi masaları keçirilməli və ictimai rəyə təsir edəcək məlumatlar təhlil edilməlidir. KİV-də daha çox xalqı birləşdirəcək informasiyalar əsas trendə çevrilməlidir.

KİV eyni zamanda müzakirələri təşkil etməyi bacaran peşəkar moderator olmaqla doğru mövqeyi təbliğ etməkdə unikal müstəvidir. KİV-in cəmiyyətdə tolerantlğı yaymaqda effekti  o zaman dəfələrlə arta bilər ki, bu sahə vətəndaş cəmiyyətinin sıx şəbəkəsinə müncər olunsun.

Qloballaşma erası kimi qeyd olunan 21-ci əsrdə radikal təməlçiliyi özünün dünya ağalığı üçün bir vasitəyə çevirən qüdrətli güclər terror şəbəkəsi qura biliblər. Belə həssas dönəmdə Azərbaycan üçün  cəmiyyətdə harmoniyanı, tolerantlığı və həmrəyliyini qoruyub saxlamaq vacib məsələyə çevrilir. Azərbaycan cəmiyətdə həmrəyliyi üçün öz töhfələrini daim verir. Dünyəvi dövlət olan Azərbaycan sərhədləri daxilində yaşayan xalqının sabitliyi və əmin – amanlığı üçün vacib olan çağırışları çox yaxşı anlayır və bu gün dünyanı bürümüş qeyri-sabitlik alətlərinin istifadə cəhdlərini qarşısını qətiyyətlə alır.

V.ABBAS

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “ ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

Azərbaycanda daha 80 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Ukrayna Nyu-Yorkda “sülh sammiti” keçirəcək