Ukrayna ordusu Çuvaşiyaya PUA zərbəsi endirib, 14 nəfər yaralanıb

Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının Rusiyanın Çeboksarı şəhərinə hücumu nəticəsində 9 nəfər yaralanıb, bir neçə yaşayış binası zədələnib.

TASS xəbər verir ki, bu barədə Çuvaşiya hökumətinin nümayəndələri məlumat yayıb.

Çuvaşiya Baş nazirinin müavini Vladimir Stepanovun sözlərinə görə, hücum zamanı bir uşaq xəsarət alıb, yaşayış binalarına ciddi ziyan dəyib.

Qeyd edilib ki, hücumun nəticələrinə görə, Çeboksarı şəhərinin bir sıra əsas magistral yollarında müvəqqəti hərəkət məhdudiyyətləri tətbiq olunub.

Çuvaşiya hökumətinin nümayəndələri xəsarət alanların sayının 14-ə çatdığını açıqlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.