Ukrayna ordusu İlanlı adasına aviazərbələr endirib

Ukrayna ordusu Qara dənizdəki İlanlı adasına aviazərbələr endirib.

CNNnin xəbərinə görə, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığı yayıb. Bildirilib ki, adadakı hədəflərə müxtəlif silahlardan dağıdıcı zərbələr endirilib.

Komandanlıq hərbi əməliyyatın davam etdirildiyini, bu səbəbdən əməliyyat bitənədək “informasiya sükutu” tələb olunduğunu vurğulayıb.

Məlumatda qeyd olunub ki, adadakı Rusiya qarnizonu aviazərbələr nəticəsində ciddi itkilər verib.

Əvvəlki məqalə

Azərbaycan və Özbəkistan prezidentlərinin BƏYANATI –

Sonrakı məqalə

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub