Ukrayna parlamenti ABŞ-la “mineral sazişi” təsdiqləyib.
AzPost bildirir ki, Ali Rada faydalı qazıntılar haqqında saziş kimi tanınan “ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında Saziş”i ratifikasiya edib.
Sazişin “lehinə” 338 deputat səs verib. Əleyhinə heç kim səs verməyib
9 deputat səsvermədə iştirak etməyib.