Ukrayna Prezidentinin Türkiyəyə səfəri başlayıb

Aprelin 10-da Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə işgüzar səfəri başlayıb.

Ukraynanın Prezident Ofisinin xəbərinə görə, səfər çərçivəsində Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparacaq.

Sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bərdədə karantini pozaraq toy məclisi təşkil edənlər cərimələnib –

Sonrakı məqalə

“Alibaba” şirkəti 2,79 milyard dollar cərimələnib