“Alibaba” şirkəti 2,79 milyard dollar cərimələnib

Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası inhisarçılıq fəaliyyətinə görə ölkənin ən iri elektron ticarət şirkəti olan “Alibaba Group”u 18,22 milyard yuan (təxminən 2,79 milyard ABŞ dolları) cərimələyib.

Administrasiyanın açıqlamasında deyilir ki, qurum “Alibaba”dan məxsusi işgüzar sövdələşmələr də daxil olmaqla bütün inhisar təcrübəsini dayandırmağı tələb edib.

Administrasiya ötən ilin dekabrında Çinin antiinhisar qanununa uyğun olaraq təhqiqat aparıb və toplanmış dəlillər əsasında şirkətin pərakəndə elektron ticarət bazarında inhisarçılığa yol verdiyi təsdiqlənib. Təhqiqat zamanı “Alibaba”nın məxsusi işgüzar sövdələşmələrin üzrə hərəkətlərinin Çinin elektron ticarət bazarında rəqabətə, xidmətlərin və resursların sərbəst axınına mane olduğu, həmçinin platformada satıcıların və istehlakçıların qanuni hüquq və maraqlarını pozduğu təsdiqlənib.

Qeyd edək ki, son illər “Alibaba Group”un elektron ticarət bazarında hökmranlıq etməsi, onun platformalarından istifadə edən şirkətlərin, mağazaların rəqib platformalarda mal və xidmət satışına qadağa qoyması barədə dəfələrlə ittihamlar səslənib.

Əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulan “Alibaba Group” Çinin ən iri internet ticarət kompaniyasıdır. Qrup “Alibaba.com”, “AliExpress.com”, “Taobao.com” və “Tmall.com” kimi bir neçə törəmə elektron ticarət platformasının, “Alipay” elektron ödəniş sisteminin sahibidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna Prezidentinin Türkiyəyə səfəri başlayıb

Sonrakı məqalə

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib