Bir neçə saat əvvəl Rusiyanın Kursk Atom Elektrik Stansiyasının ərazisində təxminən 7 təyyarə tipli PUA vurulub.
AzPost bildirir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu ilkin məlumatdır və rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib.
Təyyarə tipli dronların qanadları var. Bu da onlara digər dron növləri ilə müqayisədə daha uzun məsafələrə və daha yüksək sürətlə uçmağa imkan verir.